ABŞ-da bıçaqla silahlanmış şəxs ətrafdakılara hücum edib

ABŞ-da bıçaqla silahlanmış şəxs ətrafdakılara hücum edib
# 09 aprel 2018 03:36 (UTC +04:00)

ABŞ-ın İdianapolis şəhərindəki ticarət mərkəzlərindən birində bıçaqla silahlanmış şəxs ətrafdakılara hücum edib, insident nəticəsində həmin şəxsin özü də daxil olmaqla 4 nəfər xəstəxanaya yerləşdirilib.

APA-nın “ABC15”-ə istinadən verdiyi xəbərə görə, insident ötə gün axşam saatlarında baş verib. Şahidlərin sözlərinə görə, velosipedlə ticarət mərkəzinə gələn şəxs meqafon vasitəsilə ucadan danışmağa başlayıb. Ətrafdakılar sakit olmağı xahiş etdikdə həmin şəxs cibindən bıçaq çıxararaq insanlara hücum edib.

Xəsarət alanlardan iki nəfərin vəziyyəti kritikdir.

Polis insidentin araşdırılmasına başlayıb. Cinayətkar nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR