DİN: Hadı Rəcəblinin polisə çağırılması barədə məlumatlar yalandır - YENİLƏNİB

DİN: Hadı Rəcəblinin polisə çağırılması barədə məlumatlar yalandır - <span style="color: red;">YENİLƏNİB
# 08 noyabr 2016 14:51 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Milli Məclisin üzvü Hadı Rəcəblinin gəlini barəsində cinayət işi başlanması və həmin faktla bağlı deputatın polisə çağırılaraq ifadəsinin alınması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında yayılan xəbərin yalan olduğunu bildirib: “Suraxanı Rayon Polis İdarəsinə belə bir şikayət daxil olmayıb və belə bir fakt yoxdur. Milli Məclisin deputatı Hadı Rəcəblinin polisə çağırılaraq hansısa vətəndaşa zamin durması barədə yayılan məlumatlar da həqiqəti əks etdirmir. Bu, başdan ayağa yalan, uydurma məlumatdır. Hörmətli millət vəkili polis idarəsinə çağırılmayıb və ondan ifadə alınmayıb”.

E. Zahidov jurnalistlərə müraciət edərək belə xəbərləri yayarkən diqqətli olmağa cağırıb.

Xatırladaq ki, Milli Məclisin deputatı Hadı Rəcəblinin Qarabağ müharibəsi veteranlarına və əlillərinə tətbiq edilən və ya təklif olunan imtiyazlarla bağlı mətbuata verdiyi açıqlama geniş müzakirələrə səbəb olub.

Mətbuatda yayılan məlumatlardan dərhal sonra Qarabağ müharibəsi veteranları ilə görüşən H. Rəcəbli son günlər onun adından yayılan məlumatları təkzib edib: “Mən mətbuatda yayılanlarla bağlı demək istəyirəm ki, bunlar hamısı ağ yalandır. Dediyim sözlər, işlətdiyim ifadələr qərəzli şəkildə təhrif edilib. Şəhid ailələri, Qarabağ əlilləri ən böyük hörmətə layiq insanlardır. Dövlətimiz, xüsusilə də hörmətli Prezidentimiz cənab İlham Əliyev həmişə bu insanlar böyük hörmətlə yanaşır, onların problemlərinin həlli üçün mümkün olan hər şeyi edir. Hamını da bu insanlara diqqət və qayğı göstərməyə çağırır. Mən də torpaqlarımızın müdafiəsi zamanı canını fəda etmiş vətənimizin bu qeyrətli, namuslu övladlarına böyük hörmətlə yanaşıram. Bu başqa cür də ola bilməz. Təəssüflər olsun ki, məndən asılı olmayan səbəbdən adımdan onları incidə biləcək belə bir fikirlər yayılıb.”

O, dediklərini təsdiq edən materialları görüş iştirakçılarına da təqdim edib.

Görüşdə “Azərbaycan Qarabağ əlilləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxış edərək Hadı Rəcəblini demədiyi sözlərə görə ittiham edənlərə cavab verib: “Bu insan deyir və sübut edir ki, elə söz deməyib. Bunlar hamısı ağ yalandır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR