Bayram günlərinin hava proqnozu: 39 dərəcə isti gözlənilir

Bayram günlərinin hava proqnozu: 39 dərəcə isti gözlənilir
# 31 avqust 2017 10:18 (UTC +04:00)

Sentyabrın 1-də Bakı və Abşeron yarımadasında hava yağmursuz. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 22-25° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25°, gündüz 34-36° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 40-50% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Sentyabrın 2-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25°, gündüz 33-35° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 1-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 34-39° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacağı gözlənilir.

Sentyabrın 2-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR