Bakıda Azərbaycan və İran arasında hökumətlərarası komissiyanın iclası keçiriləcək

Bakıda Azərbaycan və İran arasında hökumətlərarası komissiyanın iclası keçiriləcək
# 10 noyabr 2016 09:47 (UTC +04:00)

Bakıda növbəti Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək.

Bu barədə “APA-Economics”ə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında hökumətlərarası komissiyanın iclası 2017-ci ilin yanvar ayında keçiriləcək.

O bildirib ki, komissiyanın iclasından sonra Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayevin İrana səfəri gözlənilir.

Qeyd edək ki, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə hökumətlərarası komissiyanın Azərbaycan tərədən həmsədri iqtisadiyyat naziri Şahin Mustafayev, İran tərəfdən isə həmsədri İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR