Narkotik və saxta dolların dövriyyəsi ilə məşğul olan şəxslərə hökm oxunub

Narkotik və saxta dolların dövriyyəsi ilə məşğul olan şəxslərə hökm oxunub
# 19 oktyabr 2016 15:11 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda müxtəlif növ narkotik vasitə və saxta ABŞ dollarının qanunsuz dövriyyəsi ilə əlaqədar təqsirləndirilən Elşən Ağalı, Röyal Əliyev və Hüseynağa Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elşən Ağalı 12 il 6 ay, Röyal Əliyev 10 il 6 ay, Hüseynağa Əsgərov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, külli miqdarda müxtəlif növ narkotik vasitə və saxta ABŞ dollarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib. Zəngilan RPŞ və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat zamanı Astara rayon sakinləri Elşən Ağalı, Röyal Əliyev və Hüseynağa Əsgərov da tutulublar.

E.Ağalının paytaxtın Səbail rayonu ərazisində kirayədə yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə olan heroin, tiryək və həşiş, eləcə də 22300 saxta ABŞ dolları aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR