Manat lariyə nisbətən 3%-dən çox bahalaşıb

Manat lariyə nisbətən 3%-dən çox bahalaşıb
# 20 dekabr 2016 06:43 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 19-u ilə müqayisədə dəyişməyərək 1,7525 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,6% zəifləyərək 1,8229 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,7% bahalaşaraq 0,0284 manata yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,76% zəifləyərək 0,4959 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1727 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,64%-lik azalma baş verib.

Gürcüstan larisinin məzənnəsi də 3,23% geriləyərək 0,6287 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR