Manat avro və funta qarşı bahalaşıb

Manat avro və funta qarşı bahalaşıb
# 07 dekabr 2016 06:46 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 6-sı ilə müqayisədə 17% bahalaşaraq 1,7369 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,14% zəifləyərək 1,8625 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,37% bahalaşaraq 0,0271 manata çatıb.

Türkiyə lirəsinin məzənnəsi 2,28% möhkəmlənərək 0,5035 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1995 manatdır. Beləliklə, funt sterlinqin 0,47%-lik azalması baş verib.

Gürcüstan larisinin məzənnəsi isə 0,37% bahalaşaraq 0,6785 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR