Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR
# 12 iyul 2017 23:35 (UTC +04:00)

İyunun 12-də Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 12 matç keçirilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma ilə start götürən mərhələ növbəti matçlarla davam edib.

Günə Latviyada start verilib. Burada “Spartaks” Qazaxıstan “Astana”sını qəbul edəcək. Azərbaycan azarkeşləri üçün daha çox maraq kəsb edən matçlar Belarus və Litvada keçirilib.

Buna səbəb UEFA reytinqində qonşularımız olan Belarus və Bolqarıstanın çempionlarının oynamasıdı. BATE öz meydanında “Alaskert”lə bərabərliyə razılaşıb. “Lüdoqorets” isə səfərdə “Jalgiris”ə uduzub.

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina”nın ilk matçda “Kopenhagen”ə uduzub.

Qeyd edək ki, ilk oyunlara iyulun 14-də baş tutacaq “Linfild” - “Seltik” matçı ilə yekun vurulacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

12 iyul

“Spartaks” (Latviya) - “Astana” (Qazaxıstan) - 0:1

Qol: Tvumasi, 73

“Zrinski” (Bosniya və Herseqovina) - “Maribor” (Sloveniya) - 1:2

Qollar: Todoroviç, 89 - Zahoviç, 43, Tavares, 90+4 (pen.)

“Malmö” (İsveç) - “Vardar” (Makedoniya) - 1:1

Qollar: Brororson, 75 - Nikolov, 63

APOEL (Kipr) - “Dudelanj” (Lüksemburq) - 1:0

Qol: Bertolyo, 71

“Şerif” (Moldova) - “Kukesi” (Albaniya) - 1:0

Qol: Badibanqa, 79

“Hapoel” (Beyer Şeva, İsrail) - “Honved” (Macarıstan) - 2:1

Qollar: Vitor, 35, Eynbinder, 52 - Lanzafame, 63

BATE (Belarus) - “Alaskert” (Ermənistan) - 1:1

Qollar: Rios, 43 - Rios, 78 (öz qapısına)

“Mariehamn” (Finlandiya) - “Legiya” (Polşa) - 0:3

Qollar: Gilyerme, 8, Nagi, 40, Hamalaynen, 44

“Jalgiris” (Litva) – “Lüdoqorets” (Bolqarıstan) - 2:1

Qollar: Nyuadzi, 78, Kukles, 89 - Kniçet, 18

“Jilina” (Slovakiya) - “Kopenhagen” (Danimarka) - 1:3

Qol: Şpalek, 37 - Pavloviç, 68, 73, 83

“Dandalk” (İrlandiya) - “Rusenborq” (Norveç) - 1:1

Qollar: Makmillan, 18 - Reqinyusen, 44

“Hafnarfyordur” (İslandiya) - “Vikinqur” (Farer adaları) - 1:1

Qollar: Palsson, 49 - Laval, 73

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR