Elmar Məmmədyarov Mövlud Çavuşoğluna başsağlığı verib

Elmar Məmmədyarov Mövlud Çavuşoğluna başsağlığı verib
# 01 yanvar 2017 11:03 (UTC +04:00)

Ötən gecə İstanbulda törədilən terror aktı ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mevlüt Çavuşoğluna başsağlığı məktubu ünvanlayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov İstanbulda gecə klublarından birində törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyib.

Xarici işlər naziri bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə şəfa tapmasını diləyib: “Biz, qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR