Supsa və Kulevi terminallarından yük nəqli azalıb

Supsa və Kulevi terminallarından yük nəqli azalıb
# 18 noyabr 2016 06:30 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanın dəniz limanları və terminallarından 13,1 mln. ton yük nəql olunub ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 10,3% azdır. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi xəbər verir.

Bakı-Tbilisi-Supsa boru kəməri ilə nəql olunan neftin qəbul edildiyi Supsa limanından bu ilin 9 ayında 3,1 mln. ton yük göndərilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,1% azdır.

SOCAR-a məxsus Kulevi terminalından isə bu müddət ərzində 1,1 mln. ton neft və neft məhsulları göndərilib ki, bu da 2015-ci ilin 9 ayı ilə müqayisədə 42,1% azalma deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR