“Bank Melli İran Bakı filialı”nın bağlanan banklardakı depozitlərinin məbləği açıqlanıb

“Bank Melli İran Bakı filialı”nın bağlanan banklardakı depozitlərinin məbləği açıqlanıb
# 07 mart 2018 10:24 (UTC +04:00)

“Bank Melli İran Bakı filialı”nın digər banklardan alınacaq vəsaitlərinin 31 dekabr 2017-ci və 31 dekabr 2016-cı il tarixlərinə balans dəyəri təxminən onların ədalətli dəyərinə bərabərdir.

APA-Economics” xəbər verir ki, bu barədə bankın audit hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, 31 dekabr 2017-ci il tarixinə banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlərin təxmini ədalətli dəyəri 2 mln. 476,426 min manata olub. 2016-cı ilin eyni dövründə isə bu göstərici 3 mln. 659,374 min manat təşkil edib. “Bank 2017-ci ildə heç bir depozit yerləşdirməyib. 2016-cı ildə “Mir Business Bank” 500,000 məbləğində illik 1,0% faiz dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib. 2017-ci il ərzində “Mir Business Bank”da olan depozit tam olaraq qaytarılıb. 2015-ci ildə “Texnikabank” ASC-də 5 mln. manat məbləğində illik 7,0% faiz dərəcəsi ilə 6 aylıq dövr üçün iki depozit yerləşdirib. Sonra bu depozitlərin müddəti daha 6 aylıq müddətə uzadılıb. 2015-ci ildə “Texnikabank” ASC-də 1 mln. manat məbləğində illik 5,0% faiz dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib. 31 dekabr 2017-ci il tarixinə “Texnikabank” ASC-yə qoyulmuş ümumi depozit məbləğinin qalığı 6 mln. 67,778 min manat (6 mln. manat əsas məbləğ və 67,778 manat yığılmış faiz) olub. 2015-ci ildə “Atrabank” ASC-də 2 mln. manat məbləğində illik 6,0% faiz dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib. Sonra bu depozitlərin müddəti daha 6 aylıq müddətə uzadılmışdır. 31 dekabr 2017-ci il tarixinə “Atrabank” ASC-yə qoyulmuş ümumi depozit məbləğinin qalığı 2,009 mln. manat (2 mln. manat əsas məbləğ və 9,000 manat yığılmış faiz) olub. 31 dekabr 2017-ci il tarixinə bankın “Texnikabank” ASC və “Atrabank” ASC-də müxbir hesablarının qalığı müvafiq olaraq 11,478 manat və 2 mln. 119,051 manat olub. (Texnikabank 431 ABŞ dolları və 5,291 avro və Atrabank 513,261 ABŞ dolları və 613,806 avro). “Texnikabank” ASC və “Atrabank” ASC-nin lisenziyaları AMB tərəfindən 2016-cı ildə ləğv edilib. Bu banklarda yerləşdirilmiş pul vəsaitləri üçün dəyərsizləşmə üzrə ehtiyat 8 mln. 517,907 min manat (2016: 7 mln. 345,732 manat) təşkil edir. “Zaminbank” ASC-də 2 mln. avro məbləğində illik 5,2% faiz dərəcəsi ilə 6 aylıq dövr üçün iki depozit yerləşdirib. “Zaminbank” ASC-nin lisenziyası AMB tərəfindən 2016-cı ildə ləğv edilib. 31 dekabr 2016-cı il tarixinə bank bu depozitlər üçün 100% dərəcəsində dəyərsizləşmə üzrə ehtiyat ayırıb. Bu depozitlərin girovları daşınmaz əmlaklar olub. 2017-ci ilin dekabr ayında bank girov üzərində mülkiyyət hüququ əldə etmiş və əmlakı qiymətləndirərək öz balansına götürüb. Qeyd olunan depozit 2017-ci ildə mənfəət və zərər hesabına silinİB,” – deyə hesabatda bildirilir.

Auditorların rəyində bildirilir ki, 31 dekabr 2017-ci il tarixinə Bankın “Royal Bank”dakı müddətli depozitləri 3 mln. 998,288 min manat məbləğində olub: “Depozitlərin qarşılığında “Royal Bank” tərəfindən girov təmin olunub və bu girovun bazar dəyəri 2013-cü ilin iyun ayında qiymətləndirici firma tərəfindən 4 mln. 300,000 min manat olaraq qiymətləndirilibv. 31 dekabr 2017-ci il tarixinə bank bu depozitlər üçün 100% (2016: 100%) dərəcəsində dəyərsizləşmə üzrə ehtiyat ayırıb. Bank, 2011-ci ildə bank lisenziyası Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən geri alınmış “Birlikbank” ASC-də 12 mln. 500,000 min dollar məbləğində depozit yerləşdirib. Depozitin qarşılığında “Birlikbank” tərəfindən AMAY ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən 13103 m2 sahəsi olan inzibati ofisləri girov kimi təmin olunub. 2016-cı ilin dekabr ayında bank girov üzərində mülkiyyət hüququ əldə edib və əmlakı qiymətləndirərək öz balansına götürüb. Qeyd olunan depozit 2016-cı ildə mənfəət və zərər hesabına silinib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR