Astarada Qafqaz İslam Ordusunun şəhid zabitinin məzarı yenidən qurulub

Astarada Qafqaz İslam Ordusunun şəhid zabitinin məzarı yenidən qurulub
# 30 mart 2017 12:42 (UTC +04:00)

Astara rayonunda Qafqaz İslam Ordusunun zabiti Yusuf Camal bəyin və onun silahdaşının məzar daşları yenilənib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin hərbi attaşesinin köməkçisi Hüner Gönül, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Yusuf Camal bəyin məzarı Astara rayonunun Pensər kəndindəki qəbristanlıqda səfirliyin dəstəyi ilə bərpa olunub. Mərasim iştirakçıları ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qətliamlara son vermək üçün Azərbaycana gələn Qafqaz İslam Ordusunun zabiti Yusuf Camal bəy haqqında danışıblar. O, döyüşlərdə top mərmisinin qəlpəsi ilə yaralanaraq şəhid olub. Xalq arasında Camal Paşa kimi xatırlanan Yusuf Camal bəy onunla eyni vaxtda şəhid olan astaralı Hacı Osmanla yanaşı dəfn olunub.

Qeyd edək ki, 1918-ci ilin mart qırğınları Lənkəran qəzasına aid olan cənub rayonlarında da baş verib. Tarixi mənbələrə görə, erməni-daşnak və eserlərdən ibarət hərbi birləşmələr Lənkəran və ətraf ərazilərdə 40-a yaxın kəndi yandırıb, yüzlərlə günahsız insanı qətlə yetirib, talanlar törədiblər. Bu talanlar xalq arasında Yusuf Camal bəyin rəhbərlik etdiyi 300 nəfərlik Qafqaz İslam Ordusu kontingenti Lənkərana gələnə qədər davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR