Bakıda mənzildə 72 yaşlı kişinin meyiti aşkarlanıb

Bakıda mənzildə 72 yaşlı kişinin meyiti aşkarlanıb
# 10 may 2018 19:18 (UTC +04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1946-ci il təvəllüdlü Mustafayev Vahid Tapdıq oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR