Bu ilin iki ayında Bakı metrosu ilə 36 milyondan çox sərnişin daşınıb

Bu ilin iki ayında Bakı metrosu ilə 36 milyondan çox sərnişin daşınıb
# 16 mart 2018 10:57 (UTC +04:00)

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 18,9 mln. ton yük, 262 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3% və 1,4% artım qeydə alınıb.


Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu sərnişinlərin 96,4%-i avtobus, 3,6%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,4%, sərnişin dövriyyəsi isə 1,5% artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,4% artaraq 36,5 mln. nəfər olub.

Hava nəqliyyatı ilə 291,8 min və ya 9,5% çox sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 35,5% artaraq 33,6 min tona çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR