Göyçayda mağazadan oğurluq edilib

Göyçayda mağazadan oğurluq edilib
# 29 noyabr 2016 13:20 (UTC +04:00)

Göyçay rayonunda oğurluq hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qaraxıdır kəndində fəaliyyət göstərən sahibkar Şahin Yaqubova məxsus marketdə qeydə alınıb. Gecə saatlarında naməlum şəxslər ərzaq mağazasının qapısını açaraq içəri daxil olub, kassadan 640 manat pul və 1730 manatlıq siqaret götürərək gediblər. Mağazada müşahidə kameralarının olmasına baxmayaraq oğurluq edən şəxslərin kimliyini müəyyən etmək mümkün olmayıb.

Polis əməkdaşları hadisə yerinə baxış keçiriblər. Hazırda hadisəni törədən şəxslərin tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR