Bu ilin 6 ayında ARDNF 1,7 mlrd. dollar satıb

Bu ilin 6 ayında ARDNF 1,7 mlrd. dollar satıb
# 04 avqust 2017 16:43 (UTC +04:00)

2017-ci ilin birinci yarımilliyində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 47 valyuta hərracı keçirilib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankının 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, dövr ərzində ARDNF-in xarici valyuta satışları 1 mlrd. 687,6 mln. ABŞ dolları təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 30,8% azdır. Hesabat dövründə Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının Bloomberq platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərib.

“6 ay ərzində banklararası valyuta bazarının bu seqmentində hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi 417 mln. ABŞ dolları olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR