Bakıda Ukrayna vətəndaşını istismar etməkdə təqsirləndirilən şəxslərə bəraət verilib

Bakıda Ukrayna vətəndaşını istismar etməkdə təqsirləndirilən şəxslərə bəraət verilib
# 19 sentyabr 2017 10:42 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alveri və məcburi əməyə cəlb etmədə təqsirləndirilən Namiq Cahangirov, Maqsud Əliyev, Ataməli Əliyev və Ədalət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılıb.

Hadisə 2013-cü ilin oktyabrında Bakının Sabunçu rayonunda baş verib. Təqsirləndirilən şəxslər Ukrayna vətəndaşı olan Viktor Qoroşinkonu fermada işlədərək, istismar etməkdə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR