Qəza nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmirinə başlanılıb

Qəza nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmirinə başlanılıb
# 30 iyul 2018 08:48 (UTC +04:00)

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 14-120 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, bundan başqa təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Abşeron rayonu, Xırdalan dairəsində və Bakı şəhəri Həsən Əliyev-Bakıxanov küçəsinin kəsişməsində, Cəlil Məmmədquluzadə küçəsində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.

“İşlər axşam saatlarında qədər yekunlaşdırılacaq. Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR