NATO-Gürcüstan hərbi təlimləri başlayıb

NATO-Gürcüstan hərbi təlimləri başlayıb
# 10 noyabr 2016 13:14 (UTC +04:00)

Gürcüstan paytaxtındakı Vaziani hərbi bazasında “NATO-Gürcüstan 2016” təlimləri başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyindən bildirilib. Məlumatda deyilir ki, təlimlər noyabrın 20-dək davam edəcək: “Genişmiqyaslı təlimlərdə NATO-ya üzv 12 dövlət və 2 tərəfdaş ölkə iştirak edir. Təlimlərə 250 hərbçi qatılıb. Birgə təlimlərin əsas məqsədi Gürcüstan və NATO qüvvələrinin qarşılıqlı fəaliyyət imkanlarını artırmaqdır”.

Qeyd edək ki, 2008-ci ilin aprel ayında Buxarestdə keçirilən NATO sammitində Gürcüstanın gələcəkdə alyansın standartlarına uyğun olaraq NATO üzv qəbul olunacağı təsdiqlənib. 2014-cü və 2016-cı illərdə Uels və Polşada keçirilən NATO zirvə toplantılarında bir daha Gürcüstana dəstək ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR