Azərbaycanlı diplomat Ottava Universitetinində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çıxış edib

Azərbaycanlı diplomat Ottava Universitetinində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çıxış edib
# 03 dekabr 2016 03:38 (UTC +04:00)

Dekabrın 1-də Azərbaycanın Kanadadakı səfirliyinin birinci katibi Arif Məmmədov Ottava Universitetinin tələbələri qarşısında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çıxış edib.

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, çıxış 2016-cı ilin payız semestrində Ottava Universiteti Sosial Elmlər Fakültəsi tərəfindən təşkil edilən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dərs proqramı çərçivəsində baş tutub. Qeyd olunmalıdır ki, bu proqram çərçivəsində Arif Məmmədov sentyabrın 22-də kanadalı tələbələrə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, cəbhə xəttindəki hazırkı durum və münaqişənin həlli məsələsində Azərbaycanın mövqeyi ilə bağlı təqdimat keçirib.

Budəfəki çıxış zamanı kanadalı tələbələrin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hazırladıqları sülh planları ətrafında müzakirələr aparılıb. Vurğulamaq lazımdır ki, tələbələrin tərtib etdiyi bütün sülh planları yenilənmiş Madrid prinsipləri əsasında hazırlanıb. Çıxışı zamanı Arif Məmmədov sözügedən planların Azərbaycanın mövqeyinə uyğun olub-olmaması barədə şərhlər verib, eləcə də Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ardıcıllığı, “Laçın dəhlizi” və yenilənmiş Madrid prinsiplərinin digər məqamları üzrə Azərbaycanın mövqeyinə aydınlıq gətirib. Sonda tələbələrin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR