Gürcüstanda güclü qar 2 nəfərin ölümünə səbəb olub

Gürcüstanda güclü qar 2 nəfərin ölümünə səbəb olub
# 02 fevral 2017 00:44 (UTC +04:00)

Gürcüstanın Acarıstan Muxtar Respublikasında yağan güclü qar nəticəsində 2 nəfər ölüb.

APA-nın “İnterfaks” agentliyinə istinadən məlumatına görə, bir nəfər uçqun altında qalıb, daha bir nəfər isə donvurmadan ölüb.

Ayrı-ayrı ərazilərdə qar örtüyünün hündürlüyü 2 metrə çatıb. Bir sıra dağlıq ərazilərdə güclü qar elektrik xətlərini sıradan çıxarıb, nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb, məktəblər bağlanıb.

Meteoroloqların proqnozlarına görə, Gürcüstanda qeyri-sabit hava şəraitinin fevralın 5-dək davam edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR