Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili yerli radioya müsahibə verib

Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili yerli radioya müsahibə verib
# 20 yanvar 2017 06:35 (UTC +04:00)

Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov 20 yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı bu ölkənin “Habana Radio” 106.9 FM kanalında canlı yayımlanan “Yaşadığımız dünya” verilişinə müsahibə verib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, C. Salehov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğından və bu qanlı hadisələrdən öncə baş vermiş proseslərdən ətraflı bəhs edib.

Veriliş zamanı Azərbaycan və Kuba arasında ikitərəfli münasibətlərin mövcud durumu, 2016-cı il ərzində səfirlik tərəfindən Kubada həyata keçirilmiş müxtəlif siyasi-mədəni tədbirlər barədə danışılıb, ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi üçün potensial sahələr haqda məlumat verilib.

Proqram ərzində şəhidlərin xatirəsinə həsr edilmiş Azərbaycan musiqi parçaları səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR