"Caspian Marine Services Limited" gəmi kapitanın vəfatı ilə əlaqədar bəyanat yayıb

"Caspian Marine Services Limited" gəmi kapitanın vəfatı ilə əlaqədar bəyanat yayıb
# 06 fevral 2017 09:54 (UTC +04:00)

"Caspian Marine Services Limited" şirkətinin Azərbaycandakı filialının gəmilərindən birinin kapitanı olan 1960-cı il təvəllüdlü Elşən Həsənov gəmidə vəfat edib.

"Caspian Marine Services Limited"dən "APA-Economics"ə verilən məlumata görə, hadisə ötən gün baş verib.

Gəmi cənub hövzəsində kanalın dibdərinləşdirmə işlərini həyata keçirir.

"Mərhum gecə saatlarında iş arası istirahət vaxtı öz kayutunda yatan zaman vəfat edib. Bununla əlaqədar olaraq şirkət mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!" - deyə məlumatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR