Kürdəmir sakinlərindən narkotik götürülüb - VİDEO

Kürdəmir sakinlərindən narkotik götürülüb - <span style="color: red;">VİDEO
# 07 sentyabr 2015 07:13 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmir rayon sakinindən narkotik maddə götürülüb. APA-nın yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonun Şahsevər kənd sakini, 37 yaşlı Usubov Qalib Babaqayıb oğlu saxlanılıb. Onun üzərinə baxış keçirilərkən çəkisi 6 qram olan narkotik maddə götürülüb. İlkin dindirmə zamanı saxlanılan şəxs narkotik vasitəni tanışı 53 yaşlı Şıxəliyev Qalib Daşdəmir oğlundan aldığını bildirib. Q.Şıxəliyevin yaşadığı ünvana baxış keçirilərkən oradan 48 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir Rayon Polisində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR