Gürcüstanda II kompressor stansiyasının tikintisi üzrə işlər 99% tamamlanıb

Gürcüstanda II kompressor stansiyasının tikintisi üzrə işlər 99% tamamlanıb
# 01 avqust 2018 14:09 (UTC +04:00)

Bu ilin 1-ci yarısı ərzində Cənub Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu iki ölkə ərazisində Türkiyəyə ilk kommersiya məqsədli qaz çatdırmaları üçün nəzərdə tutulmuş bütün infrastruktur plana uyğun şəkildə tamamlanaraq 30 iyunda başlamış ixrac əməliyyatları üçün hazır vəziyyətə gətirilib.

Hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir və Cənubi Qafqaz Boru Kəməri genişləndirilməsinin Azərbaycan və Gürcüstan ərazisindəki qurğuları və boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır.

Eyni zamanda Azərbaycanda layihənin yerüstü qurğularının istismar sınaqları davam edir. Gürcüstanda 2-ci kompressor stansiyasının tikintisi üzrə işlər 99% tamamlanıb, istismar sınaqları isə plana uyğun irəliləyir.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), “Cənub Qaz Dəhlizi Midstrim” (6.7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NİKO (10%)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR