Gürcüstan prezidenti ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb

Gürcüstan prezidenti ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb
# 22 noyabr 2016 03:35 (UTC +04:00)

Tiflisdə Gürcüstan prezidenti Georgi Marqvelaşvili və ABŞ dövlət katibinin köməkçisinin müavini Bricit Brink Gürcüstan-ABŞ əməkdaşlığının perspektivlərini müzakirə ediblər.

APA-nın məlumatına görə, bu barədə Gürcüstan prezidentinin mətbuat xidməti açıqlama yayıb.

“Söhbət zamanı Bricit Brink qeyd edib ki, ABŞ-da həm Demokrat, həm də Respublikaçılar partiyasının ənənəvi olaraq Gürcüstanı dəstəkləməsi ikitərəfli əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinə imkan yaradır. ABŞ təmsilçisi bildirib ki, rəsmi Vaşinqton Gürcüstanın ərazi bütövlüyü və suverenliyini, eyni zamanda Avroatlantik məkana inteqrasiyasını birmənalı şəkildə dəstəkləyir. Söhbət zamanı ölkədə davam edən demokratik islahatlara toxunulub. Bundan əlavə, tərəflər Gürcüstan-Amerika strateji tərəfdaşlıq xartiyasının əhəmiyyətindən bəhs ediblər ”, məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR