Bir sıra ölkələr Rusiyaya qarşı sanksiyalara qoşulub

Bir sıra ölkələr Rusiyaya qarşı sanksiyalara qoşulub
# 25 oktyabr 2016 01:36 (UTC +04:00)

Bakı-APA. Ukrayna daxil olmaqla 5 ölkə Avropa İttifaqının qərarını dəstəkləyərək Rusiyaya qarşı sanksiyalara qoşulub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının saytında bildirilir.

"Namizəd ölkələr olan Monteneqro ilə Albaniya, həmçinin Avropa Azad Ticarət Assosiasiyasının üzvləri - Lixtenşteyn və Norveç, Avropa iqtisadi zonasının üzvləri, o cümlədən Ukrayna qətnaməyə qoşulur", - sənəddə bildirilir.

Sentyabrın 15-də Avropa İttifaqı Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb. 146 şəxs və 37 şirkətə qarşı məhdudiyyətlər gələn ilin mart ayınadək qüvvədə qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR