Lənkəranda maşınla iki nəfəri vuran sürücü qaçıb

Lənkəranda maşınla iki nəfəri vuran sürücü qaçıb
# 21 yanvar 2017 12:52 (UTC +04:00)

Lənkəranda iki piyadanı avtomaşın vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Osakuçə-Sinovlu yolunda şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi "NAZ Lifan”markalı minik avtomaşınla dayanacaqda gözləyən Osaküçə kənd sakinləri - 1962-ci il təvəllüdlü Rövşən Ağamirzə oğlu Bağırov və 1971-ci il təvəllüdlü Tərana Mirzəbala qızı Məhərrəmova vurulub. Onlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. T. Mirzəbalayevanın xəsarəti yüngül olduğundan ambulator müalicəyə göndərilib. R. Bağırovun vəziyyətinin orta-ağır olduğu deyilir.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR