Türkiyədə Xocalı faciəsinə həsr olunan tamaşanın premyerası keçirilib

Türkiyədə Xocalı faciəsinə həsr olunan tamaşanın premyerası keçirilib
# 20 dekabr 2016 13:49 (UTC +04:00)

Türkiyədə Xocalı faciəsinə həsr olunan tamaşanın premyerası keçirilib. APA-nın məlumatına görə, tamaşanın rejissoru Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Elçin İmanovdur. Səhnə əsəri Aygün Həsənoğlunun “Adsız qadın” mono-tamaşası əsasında hazırlanıb.

Tamaşa İstanbul Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə Üsküdar Kərəm Yılmazər Səhnəsində nümayiş olunub. Mono-tamaşanın ifaçısı aktrisa Kəmalə Kamilqızıdır.

Səhnə əsərində Azərbaycan və türk musiqilərindən istifadə olunub. Premyerada iştirak edən Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, İstanbul Azərbaycan Kültür Evi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bu tamaşanı Türkiyənin ayrı-ayrı bölgələrində nümayiş etdirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR