Gürcüstanda ABŞ-ın dəstəyi ilə ordunun döyüş hazırlığı mərkəzi inşa olunacaq

Gürcüstanda ABŞ-ın dəstəyi ilə ordunun döyüş hazırlığı mərkəzi inşa olunacaq
# 11 fevral 2017 18:20 (UTC +04:00)

Gürcüstanda ABŞ-ın dəstəyi ilə Silahlı Qüvvələrin döyüş hazırlığı mərkəzi inşa olunacaq.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin məlumatında bildirilir. Məlumatda bildirilir ki, qeyd olunan məsələ Gürcüstanın müdafiə naziri Levan İzoriya və ABŞ-ın Avropadakı Quru Qoşunlarının komandanı Ben Xoces arasında keçirilmiş görüşdə müzakirə olunub. Görüş ABŞ Silahlı Qüvvələrinin Almaniyanın Hohenfels şəhərində yerləşən təlim bazasında baş tutub. Görüşdə bazanın rəisi Antonio Auquto iştirak edib.

Gürcüstan Silahlı Qüvvələrinin Təlim Mərkəzinin inşasına dair məsələləri müzakirə etmək üçün briqada generalı Antonio Auquto yaxın günlərdə Tiflisə səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR