"Xalq Bank"ın öhdəlikləri 1,5 mlrd. manata yaxınlaşır

"Xalq Bank"ın öhdəlikləri 1,5 mlrd. manata yaxınlaşır
# 11 noyabr 2016 10:10 (UTC +04:00)

2016-cı ilin II rübündə "Xalq Bank" ASC-nin aktivlərinin həcmi 1 mlrd. 724,856 mln. manat təşkil edib. Bankdan "APA-Economics"ə verilən məlumata görə, bankın kredit portfeli 1 mlrd. 398,264 mln. manat olub.

2016-cı ilin I yarısında bankın depozit portfeli 1 mlrd. 136,512 mln. manat olub. Hesabat dövründə əhalinin əmanətlərinin həcmi isə 856,689 mln. manata bərabər olub. Cəmi öhdəliklər isə 1 mlrd. 494,262 mln. manata çatıb.

Bankın məcmu kapitalı 230,594 mln. manat olduğu halda, nizamnamə kapitalı 211,646 mln. manat təşkil edib.

Bank bu ilin II rübünü 1 mln. 833,3 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR