Misirdə neft-kimya zavodunda partlayış olub, 40 nəfər yaralanıb

Misirdə neft-kimya zavodunda partlayış olub, 40 nəfər yaralanıb
# 10 iyul 2017 20:40 (UTC +04:00)

Misirdə neft-kimya zavodunda güclü partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident İsgəndəriyyə şəhəri yaxınlığında, “SİDPEC” şirkətinə məxsus müəssisədə qeydə alınıb.

Hadisə nəticəsində azı 40 nəfər xəsarət alıb, onlardan 7-nin vəziyyəti ağırdır. Partlayışdan sonra zavodda yanğın başlayıb. İlkin məlumata əsasən, partlayışa qaz sızması səbəb olub. Hazırda yanğının ocağı lokallaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR