Gənclər Fondu “AMOR nəsli: Vətənpərvərlik, Yaradıcılıq, Uğur” forumunda təmsil olunub

Gənclər Fondu “AMOR nəsli: Vətənpərvərlik, Yaradıcılıq, Uğur” forumunda təmsil olunub
# 06 dekabr 2016 15:41 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) VII forumunda təmsil olunub. Gənclər Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “AMOR nəsli: Vətənpərvərlik, Yaradıcılıq, Uğur” adlı altında “Crocus” Sərgi Mərkəzində keçirilən forumda 500-dən çox nümayəndə, fəxri qonaqlar, Rusiya və Azərbaycanın rəsmi şəxsləri iştirak edib.

Forumda "Multikulturalizm millətlərarası və dövlətlərarası münasibətlərin əsası kimi", 2017-ci il Rusiyada ekologiya ili - Azərbaycan gəncliyinin töhfəsi", "AMOR-un diasporun möhkəmlənməsində rolu" və "Gənclər biznesdə: startapların yaranması və inkişafı" mövzularında plenar iclaslar keçirilib.

Forum çərçivəsində Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunan sərgi təşkil olunub. AMOR-un sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak edib və Gənclər Fonduna həsr edilmiş guşə ilə tanış olub.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Fondun fəaliyyəti, 5 il ərzində görülən işlər haqqında sərgi iştirakçılarına məlumat verib, Gənclər Fondunun gənclər üçün açdığı imkanlardan və fərdi layihələrin uğurundan danışıb. F.Hacıyev, həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihələr çərçivəsində Rusiya Federasiyasında baş tutmuş bir sıra diqqətəlayiq tədbirləri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR