Baş ofisi olmayan bank Gəncədə şöbə açıb

Baş ofisi olmayan bank Gəncədə şöbə açıb
# 11 sentyabr 2015 10:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Caspian Development Bank (CDB)” ASC-nin Gəncə şəhərində “Çinar” şöbəsi fəaliyyətə başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Çinar” şöbəsinin fəaliyyəti Azərbaycan Mərkəzi Bankının müvafiq icazəsi əsasında həyata keçirilir.

Burada müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal ödənişlər və s. xidmətlər təklif olunur.

“Çinar” şöbəsi CDB-nin sayca ikinci şöbəsidir.

CDB 1988-ci ildə “Universal Bank” Kommersiya Bankı kimi Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk banklardan biridir. 24 sentyabr 2001-ci il tarixdə bankın adı dəyişilərək "Kövsər Bank" ASC, 26 yanvar 2015-ci il tarixdə isə “Caspian Development Bank” (CDB) adı altında yeni lisenziya alınıb.

Qeyd edək ki, bankın baş ofisi hələ ki yoxdur. Bankdan “APA-Economics”ə verilən məlumata görə, CDB-nin baş ofisi bu ay açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR