AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Xorvatiya yığmasının daha bir futbolçusu zədələnib. ONA-nın məlumatına görə, İtaliyanın “İnter” klubunda çıxış edən Marselo Brozoviç A seriyasının “Spal”la qarşılaşmasında (2:0) xəsarət alıb.
Matçın 42-ci dəqiqəsində zədələndikdən sonra əvəzlənməsini istəyən 27 yaşlı yarımmüdafiəçinin durumuna müayinələrdən sonra aydınlıq gəlməlidir. Xorvatiya millisinin qarşıdakı iki seçmə oyununa dəvət alan futbolçunun martın 21-də Azərbaycan, 24-də Macarıstana qarşı görüşlərdə iştirakı da sual altındadır.
Qeyd edək ki, Brozoviçə qədər Xorvatiya yığmasına çağırılan daha iki futbolçu zədələnib. Bunlar Ante Rebiç və Marko Pyatsadır.
Yığmamızın rəqibinin daha bir futbolçusu zədələnib
11 mart 2019 09:12 (UTC +04:00)