Ərdoğanın müşaviri Suriyadakı əməliyyatın nə vaxt yekunlaşacağını açıqlayıb

Ərdoğanın müşaviri Suriyadakı əməliyyatın nə vaxt yekunlaşacağını açıqlayıb
# 27 fevral 2017 14:32 (UTC +04:00)

Türkiyə Suriyada həyata keçirdiyi hərbi əməliyyatların nə vaxt bitəcəyini açıqlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın Jurnalistlər Evində keçirilən “Rusiya-Türkiyə münasibətləri: gərginlik dövründən əməkdaşlığın möhkəmləndirilməsinə qədər” adlı konfransda çıxış edən Türkiyə prezidentinin müşaviri İlnur Çevik bildirib ki, Suriyanın Menbiç şəhərinin kürd qüvvələrindən təmizlənməsindən sonra türk ordusunun Suriyada əməliyyatı başa çatacaq: “Menbiç ərazisinin 85 faizi PKK-nın nəzarətindədir. Türkiyə ərəb əhalisini öz yerlərinə qaytarmaq və oranı terrorçulardan təmizləmək üçün hər şeyi edəcək. Menbiç alınan kimi, Türkiyə Suriyadakı hərbi əməliyyatlarını dayandıracaq”.

İ. Çevik Türkiyə ordusunun Suriyanın 90 kilometr dərinliyinə qədər hərəkət etdiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR