Samur-Abşeron kanalında batan iki nəfərin meyiti tapılıb - YENİLƏNİB

Samur-Abşeron kanalında batan iki nəfərin meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 08 aprel 2018 14:59 (UTC +04:00)

Bu gün Samur-Abşeron kanalında batan hər iki nəfərin meyiti sudan çıxarılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu tərəfindən sudan çıxarılan Qubanın Gədikqışlaq kənd sakinləri 56 yaşlı Vidadi Mehrəliyev və 54 yaşlı Səhrab Seyfulovun meyiti aidiyyatı üzrə təhvil verilib.

**

saat 15.34

Quba rayonunda iki nəfər Samur-Abşeron kanalına düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə kanalın Gədikqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kənd sakinləri 56 yaşlı Vidadi Mehrəliyev və 54 yaşlı Səhrab Seyfulovun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub, axtarışlar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR