Masallıda qətlə yetirilən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Masallıda qətlə yetirilən şəxsin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 08 aprel 2018 20:20 (UTC +04:00)

Masallıda bıçaqlanaraq qətlə yetirilən şəxsin kimliyi məlum olub. APA-nın cənub bürosunun məlumatına görə, həmin kənd sakini, 1970-ci il təvəllüdlü Urfan Həsənov həmkəndlisi tərəfindən bıçaqlanaraq öldürülüb. Qətlin hansı şəraitdə baş verməsi məlum deyil.

Urfan Həsənovu bıçaqlayaraq qətlə yetirənin 1977-ci il təvəllüdlü İlqar Calal oğlu Camalov olduğu məlum olub. İ. Camalov polis tərəfindən saxlanılıb.

***

21.11

Masallıda bıçaqlanma olub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Mollaoba kəndində qeydə alınıb. Bıçaqlanan şəxs dünyasını dəyişib.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Hazırda hadisənin təfərrüatları və ölən şəxsin kimliyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR