"Amrahbank"ın səhmdarları toplaşır

"Amrahbank"ın səhmdarları toplaşır
# 08 dekabr 2017 05:54 (UTC +04:00)

"Amrahbank" ASC səhmdarlarının ümumi yığıncağı 8 yanvar 2018-ci il saat 15:00-a təyin edilib.


"APA-Economics" xəbər verir ki, bu barədə bankın yaydığı elanda deyilir.

Yığıncaq Bakı, Sarabski küçəsi 45 A, 657-ci məhəllə ünvanında keçiriləcək.

Yığıncağın gündəliyi açıqlanmayıb.

"Amrahbank" 1993-cü ilin dekabrın 28-də fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR