İŞİD-dən azad edilmiş Rakkanın xarabalıqlarının görüntüsü yayılıb

İŞİD-dən azad edilmiş Rakkanın xarabalıqlarının görüntüsü yayılıb
# 18 oktyabr 2017 08:27 (UTC +04:00)

Suriyanın İŞİD terrorçularından azad edilmiş Rakka şəhərinin görüntüləri yayılıb.

APA-nın məlumatına görə, şəhərin xarabalıqlarının pilotsuz uçuş aparatından çəkilmiş vidosunu CNN nümayiş etdirib.

Videodan görünür ki, küçələr boşdur, binalar tam və yarımdağılmış vəziyyətdədir.

"Paradise Square" meydanında Bəşər Əsədə müxalif olan Suriya Demokratik Qüvvələrinin (ABŞ-ın dəstək verdiyi ərəb-kürd dəstələri) avtomobilləri hərəkət edir.

Bundan başqa, görüntülərdə şəhərin mərkəzində yerləşən, terrorçuların sonuncu dayaq məntəqəsi olan stadion və hospital binası da yer alıb.

Qeyd edək ki, İŞİD-in "paytaxt" elan etdiyi Rakkanın terrorçulardan azad edildiyi barədə oktyabrın 17-də məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR