Nazir: “İxtiraçılıq sahəsində əqli mülkiyyət hüquqlarının qorunmasına diqqət artırılmalıdır”

Nazir: “İxtiraçılıq sahəsində əqli mülkiyyət hüquqlarının qorunmasına diqqət artırılmalıdır”
# 14 noyabr 2016 08:21 (UTC +04:00)

"İxtiraçılıq sahəsinin inkişafına və bu sahədə əqli mülkiyyət hüquqlarının qorunmasına diqqət artırılmalıdır".

APA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov “Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktur müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq seminarda çıxışı zamanı deyib.

Nazir bildirib ki, ali təhsil müəssisələrindən əsas gözləntilər elm və bilik məbədi kimi fəaliyyət göstərməklə kifayətlənmir: “Ali məktəblər həm də yaradılan bilik və texnologiyaları tətbiq etməklə, iqtisadi artım mərkəzlərinə çevrilirlər. Elmi bilik tətbiq edilməyəndə, cəmiyyət həmin bilikdən bəhrə əldə etməyəndə, o biliyin dəyəri məhdud xarakter daşıyır. Bununla da cəmiyyətin sosial sifarişi tam həcmdə yerinə yetirilmir”.

M. Cabbarov qeyd edib ki, texnologiyanın gündəlik həyata tətbiqi təmin edilməsə, onun dəyəri sözügedən sahədə fəaliyyət göstərən alim və mütəxəssislər üçün önəmli olsa da, ölkənin inkişafında rolu məhdud qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR