Pelleqrini: "Artıq "Qarabağ"la oyuna köklənməliyik"

Pelleqrini: "Artıq "Qarabağ"la oyuna köklənməliyik"
# 02 dekabr 2017 12:23 (UTC +04:00)

"Fikrimcə, bu, mövsümdə ən yaxşı oyunumuzdu. Çünki xal və qələbə hər zaman gözəldi". Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın "Roma" klubunun futbolçusu Lorenzo Pelleqrini deyib.

21 yaşlı yarımmüdafiəçi A seriyasında SPAL-a 3:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. Komandasının üçüncü qolunu vuran Pelleqrini bildirib ki, artıq Çempionlar Liqasının sonuncu turu çərçivəsində "Qarabağ"la keçiriləcəkləri matçı düşünmək olar: "Qol vurduğum üçün xoşbəxtəm. Ancaq əsas komandanın qələbəsidi. SPAL-a qarşı yaxşı oyun sərgilədik. İndi biz çərşənbə günü keçiriləcək "Qarabağ"la matçı düşünürük. Həmin görüş bizim üçün çox əhəmiyyətli olacaq. Bu səbəbdən də biz artıq həmin oyuna köklənməliyik".

Qeyd edək ki, "Roma" - "Qarabağ" görüşü dekabrın 5-də olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR