Bakıda mənzillərin birində 56 yaşlı kişinin meyiti tapılıb

Bakıda mənzillərin birində 56 yaşlı kişinin meyiti tapılıb
# 15 noyabr 2016 22:06 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1960-cı təvəllüdlü Ali Devrimin cəsədini aşkar edərək aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 23:12-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR