Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub.
ETSN-in mətbuat katibi İradə İbrahimova APA -ya bildirib ki, İsrail Əfəndiyev ekologiya və təbii sərvətlər nazirinin müşaviri təyin olunub.
O qeyd edib ki, bu təyinata qədər İ.Əfəndiyev Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini vəzifəsində çalışırdı.