Bakı sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb

Bakı sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb
# 10 sentyabr 2015 08:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Nəriman Məmmədovdan 465 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR