Gürcüstanda Beynəlxalq Gömrükçülər Gününə həsr olunan konfrans keçirilib

Gürcüstanda Beynəlxalq Gömrükçülər Gününə həsr olunan konfrans keçirilib
# 26 yanvar 2017 14:17 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tiflisdə Beynəlxalq Gömrükçülər Gününə həsr olunan konfrans keçirilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, tədbirə müxtəlif ölkələrdən və Dünya Gömrük Təşkilatından 170-dən çox nümayəndə qatılıb. Tədbiri Gürcüstan baş nazirin birinci müavini, maliyyə naziri Dimitri Kumsişvili açıb. Sonra Azərbaycan Dövlət Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev, Gürcüstan Dövlət Gəlirləri Xidmətinin rəisi Qiorqi Tabuaşvili və Dünya Gömrük Təşkilatının rəhbəri və başqaları çıxış ediblər. Tədbirdə dünyada 800 min gömrük işçisinin olduğu qeyd olunub.

Beynəlxalq tədbirə qatılan Azərbaycan nümayəndə heyəti, Beynəlxalq Gömrükçülər Günü ilə əlaqədar konfrans iştirakçılarına təbrik məktubu təqdim ediblər.

Azərbaycan, Gürcüstan, Türkiyə, Moldova və Ukrayna gömrük təşkilatlarının rəsmiləri tədbir çərçivəsində terrorizm, qaçaqmalçılıq, narkotiklərlə mübarizədə ölkələrarası əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində Dünya Gömrük Təşkilatının təşkilatçılığı ilə ikitərəfli görüşlər də keçirilib.

Gürcüstan Dövlət Gəlirləri Xidməti gömrük əməkdaşlarına fəxri fərmanlar təqdim edib. Sonda Gürcüstan və İtaliya arasında gömürük sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müqavilə imzalanıb.

Beynəlxalq konfransda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər diplomatik nümayəndələr, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Xatırladaq ki, 30 il bundan əvvəl 26 yanvarın Beynəlxalq Gömrükçülər Günü kimi qeyd olunması barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR