Heybət stansiyasında yeni yoldəyişən quraşdırılır

Heybət stansiyasında yeni yoldəyişən quraşdırılır
# 12 yanvar 2017 07:15 (UTC +04:00)

Azərbaycan dəmir yollarınla yoldəyişənlərin qoyulması prosesi davam edir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, hazırda sayca 9-cu yeni yoldəyişən Heybət stansiyasında quraşdırılır.

Proses iki gün davam edəcək. Bu yoldəyişənin əvvəlkilərdən fərqi qurğunun cütləşdirilmiş şəkildə baş yolların arasında birləşdirici xarakter daşmasıdır.

Yeni yoldəyişən qurğuların yığılması üçün Səngəçal istehsalat bazasının ərazisində xüsusi meydança tikilib. Sağ və sol təmayüllü yoldəyişən qurğuların quraşdırılması üçün tikilən meydançanın uzunluğu 90, eni 16 metr təşkil edir. Bu meydançada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır. İlk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR