Paşha Bank
Bank Of Baku

“Zaminbank”ın sabiq rəhbəri yenidən məhkəməyə verilib

Nadir İsmayılov

© APA | Nadir İsmayılov

# 15 fevral 2022 14:54 (UTC +04:00)

“Zaminbank” ASC-nin Müşahidə Şurasının həbsdə olan sabiq sədri Nadir İsmayılov yenidən məhkəməyə verilib.

APA-nın xəbərinə görə, onunla bağlı şikayətə Səbail Rayon Məhkəməsində baxılacaq.

Məlumata görə, şikayət kredit müqaviləsi öhdəliklərinin pozulması ilə bağlıdır.

Qeyd edək ki, Nadir İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin fevralın 4-də çıxardığı hökmə əsasən, 14 il müddətinə azadlıqdan məhrum olunub.

Ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR