"Azərişıq": Qışa yaydan hazır idik

"Azərişıq": Qışa yaydan hazır idik
# 01 fevral 2017 08:19 (UTC +04:00)

Ölkə ərazisində müşahidə olunan hava şəraiti "Azərişıq" ASC-nin fəaliyyətinə təsir etməyib. Bunu "APA-Economics"ə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

"Əməkdaşlarımız səhərə qədər növbətçilik sistemi ilə iş başında olublar və yarana biləcək problemləri aradan qaldırıblar. Başqa sözlə, əhalinin elektrik enerjisi ilə təchizatında heç bir problem yoxdur. Hətta mən deyərdim ki, hava şəraiti ilə bağlı haradasa fərdi qaydada belə işıq problemi yaranmayıb. Bunun da başlıca səbəbi 2016-cı ildə görülən yenidənqurma işləridir. "Azərişıq" ASC-nin yay ayları ərzində qışa hazırlığı nəticəsində bu gün heç bir şikayət halı qeydə alınmayıb. Qışa hazırlıq, mal-material təchizatı da yüksək səviyyədədir. Elektrik enerji ilə təchizat yüksək səviyyədə davam etdirilir", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR