ABŞ-da əmək haqlarının artması dolları bahalaşdırır

ABŞ-da əmək haqlarının artması dolları bahalaşdırır
# 04 noyabr 2016 14:22 (UTC +04:00)

Oktyabrda ABŞ iqtisadiyyatının qeyri-aqrar sektorunda 161 min yeni iş yeri açılıb. "APA-Economics" xəbər verir ki, analitiklər bu rəqəmin 175 min olacağını proqnozlaşdırmışdı.

Rəsmi statistikaya əsasən, ötən ay işsizliyin səviyyəsi 4,9% olub ki, bu da analitiklərin proqnozu ilə üst-üstə düşüb. Xatırladaq ki, sentyabrda işsizliyin səviyyəsi 5% təşkil edib.

1 saat üçün orta əmək haqqının məbləği ay ərzində 0,4% artıb ki, bu da 0,3% səviyyəsində olan proqnozdan çoxdur.

Əsas göstərici (iş yerlərinin sayı) proqnozu doğrultmasa da, orta əmək haqqının artması dolların əsas valyutalara qarşı möhkəmlənməsinə səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR